Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

img

26-08-2010 [11:38]


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda 2010-cu ilin birinci yarım ilində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Ekologiya və təbii sərvətlər naziri Hüseyinqulu Bağırov 2010-cu ilin ?Ekologiya ili? elan edilməsinin bu sahənin ölkəmizdə prioritet olduğunu qeyd edib və ətraf mühitin qorunmasındakı xidmətlərinə görə ?Əməkdar mühəndis? fəxri adını, ?Tərəqqi? və ?Dövlət qulluğunda fərqlənməyə görə? medallarını nazirliyin bir sıra əməkdaşlarına təqdim edib. İclasda Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentlərinin və onların tabeli qurumları üzrə 2010-cu ilin birinci yarım illiyinin yekunları və qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb. Bildirilib ki, nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin ötən 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1204 akt və 397 protokol tərtib olunub, aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 497 icrası məcburi olan göstərişlər verilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 65 işdən 17-nə, Məhkəmələrə göndərilən 109 işdən 21-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilən 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülüb. Meşələrin artırılması sahəsində 6 ay ərzində 1371 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 14459 hektar sahədə xidmət, 11970 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 10099 kiloqram toxum tədarük edildiyi qeyd olunub. Eyni zamanda, qeyd olunan dövr ərzində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib. Belə ki, Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərdə Dövlət Təbiət Yasaqlığının yaradılması ilə bağlı işlər aparılır, Almaniya Federal Hökumətinin dəstəyi ilə ?Qafqaz təşəbbüsü? Proqramı çərçivəsində ?Samur-Yalama? Milli Parkı layihəsi ilə əlaqədar tender vasitəsilə icraçı şirkət müəyyən edilərək fəaliyyətə başlanılıb. Bunlardan əlavə, ölkə ərazisində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya edilməsi məqsədilə layihə ilə əlaqədar təşkilati işlərin başa çatdırıldığı və ilin sonuna qədər ceyranların bir hissəsinin reintroduksiya ərazilərinə köçürülməsinin planlaşdırıldığı kollegiya iştirakçılarının nəzərinə çatdırılıb. İclasda görülən işlərlə yanaşı, yol verilən nöqsan və problemlərdən danışılıb, həmçinin nöqsanlara yol verən müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA