“AMEA əməkdaşlarının maaş ürəkaçan səviyyədə deyil" - Deputat

img

08-11-2017 [14:58]


Elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti bu illə müqayisədə 4,3 faiz artırılıb.
 
Bunu Milli Məclisdə komitələrin birgə iclasında aparılan büdcə müzakirələri zamanı deputat Gövhər Baxşəliyeva bildirib. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının beynəlxalq əhəmiyyətli tədbirlərinin keçirilməsini xatırladaraq deyib ki, bu tədbirlər üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır.
 
G. Baxşəliyeva AMEA əməkdaşlarının maaşlarının azlığından şikayətlənib: "Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA