Prezident sərəncam verdi - DTX-nın Akademiyası haqda dəyişiklik

img

07-11-2017 [21:09]


Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” qanuna dəyişikliklə bağlı sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 721) aşağıdakı dəyişikliklər edilib:

1. Adında və preambulasında "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissəsində "Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası milli təhlükəsizlik naziri müavininin” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti aparatının baş idarə rəisinin” sözləri ilə əvəz edilsin.

3. 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA