07-11-2017 [20:48]
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi 01.05.2017-01.11.2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsini həyata keçirib.
Birlikdən Mia.az-a verilən məlumata görə, bu gün layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə qadınların sosial-psixoloji problemləri ilə bağlı layihə çərçivəsində görülən işlərin, aparılan monitorinqlərin nəticələri açıqlanıb. Həmçinin layihə çərçivəsində keçirilən məqalə müsabiqəsinin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim edilib.
Layihənin rəhbəri, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, layihə çərçivəsində Bakıda və respublikanın müxtəlif rayonlarında (Saatlı, Beyləqan, Şəki, Qax) müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib:
"Respublikada regionlar üzrə qadınların sosial-psixoloji vəziyyəti ilə bağlı monitorinq keçirilib. Bu zaman monitorinqin əsas alətlərindən – informasiyanın toplanması, müşahidələr, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasından istifadə edilib. Qadınların başlıca problemləri araşdırılıb, onları intihara aparan səbəblər müəyyənləşdirilib.
Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib. Müsabiqəyə 22 məqalə təqdim edilib, onlardan 9-u müsabiqə şərtlərinə uyğun gəldiyi üçün ekspert qiymətləndirilməsinə buraxılıb. Onlardan biri 1-ci yerə, biri 2-ci yerə, üçü isə 3-cü yerə layiq görülüb".
Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.
Daha sonra layihə rəhbəri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.
Tədbirdə "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyeva, "Qadın Liderliyi Uğrunda" İB-nin sədr müavini Nərmin Şamilova, Xəzər Universitetinin "Dünya” məktəbinin pedaqoqu Vəfa Vəliyeva, "Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və digər iştirakçıları öz fikir və təkliflərini səsləndiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi