Azərbaycan XiN-i ermənilərin daha bir təxribatını ifza etdi

img

25-08-2010 [04:43]


Azərbaycan dövləti ermənilərin daha bir təxribatını ifşa edib. Azərbaycan Xarici İşlər Nazirliyindən MİA-ya verilən məlumta görə, Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində qondarma ?Dağlıq Qarabağ Respublikası?nın ?prezidenti? Bako Saakyanın cari ilin 20 avqust tarixində Livana səfər etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Suriyadakı Səfirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, separatçı rejimin başçısı B.Saakyan Livana yerli erməni icmasının dəvəti ilə səfər edib və səfər zamanı Livanın rəsmi şəxsləri ilə heç bir rəsmi görüş keçirməyib. Səfər çərçivəsində yalnız Livandakı erməni icması, erməni əsilli deputat və dövlət məmurları ilə qeyri-rəsmi görüşlər keçirilib. XİN-nin məlumatında o da qeyd edilir ki, Livan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA