Günəşdə geomaqnit qasırğası başladı - Xroniki xəstələrə təsir göstərəcək

img

07-11-2017 [17:03]


Bu gündən Günəşdə geomaqnit qasırğası başlayıb. 

"Report” xarici mətbuata istinadən xəbər verir ki, kosmik hava hadisəsi noyabrın 11-nə qədər hər gün davam edəcək.

Məlumatda qeyd olunub ki, noyabrın 7-si və 8-də başlayacaq qasırğa noyabrın 9-u və 10-da maksimuma çatacaq. Noyabrın 11-də isə nisbətən zəifləyəcək. Geomaqnit prosesi noyabrın 15-də bir daha baş verəcək.

Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.

Qeyd edək ki, son 12 il ərzində ən güclü günəş fəallığının artması bu il sentyabrın 6-8-də baş verib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA