Həbsdə olan baz leytenantımız Ramil Səfərovun 33 yazı tamam olur

img

25-08-2010 [04:40]


Avqustun 26-da Azərbaycan ordusunun zabiti, Budapeşt məhbusu Ramil Səfərovun 33 yaşı tamam olur. Qarabağ Azadlıq Təşkilatı bu münasibətlə təbrik mətni yayıb. Təbrikdə deyilir: ?Ramil hələ də məhbəs həyatı yaşayır. Lakin buna baxmayaraq vətənə, torpağa, Qarabağa olan sevgisini, haqqa-ədalətə olan inamını, etiqadını itirmir. Biz Ramili doğum günü münasibəti ilə təbrik edir, cansağlığı, daha möhkəm iradə və tezliklə azadlığa çıxmasını arzulayırıq. İnanırıq ki, bir gün gələcək, Ramil dəmir barmaqlıqlardan çıxacaq və öz yaxınlarına, onu sevən insanlara qovuşacaq. Dar günün ömrü az olur! İnşallah!?. 2004-cü il fevralın 19-da Azərbaycan ordusunun zabiti Ramil Səfərov NATO-nun Macarıstanda keçirilən təlimləri zamanı erməni zabit Qurgen Markaryanı öldürüb. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu 30 il müddətinə əfv olunmaq hüququ olmamaqla ömürlük həbsə məhkum edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA