“Biz güzəştə getməliyik” - Nazirdən işıq və suyun qalxma xəbərinə reaksiya

img

07-11-2017 [14:55]


Azərbaycan hökuməti "Azərişıq” ASC və "Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.

Bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il "Azərişıq” ASC və "Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazir bildirib: "Biz güzəştə getməliyik”. //Trend 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA