07-11-2017 [13:11]
Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərlə bağlı müzakirə keçirilib.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev cəmiyyətin və hüquq sektorunun "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanununda aparılan dəyişikliklərə hazır olmadığını bildirib.
Ə. Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması məsələ ilə bağlı ölkə başçısına müraciət hazırlayıb:
"Bu qanunla bağlı bir sıra məsələlərdə tələskənliyə yol verilib. Vəkillərin sayını region və Avropa ölkələri ilə müqayisə etsək, ən aşağı göstərici Azərbaycandadır. Azərbaycanda pulsuz hüquqi yardım haqqında qanun da qəbul edilməyib. Bir neçə il əvvəl bu qanun hazırlandı, amma Vəkillər Kollegiyasının müqaviməti ilə rastlaşdı, qəbul edilmədi. Ümumiyyətlə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər ciddi müzakirəyə çıxarılmalıdır. Tutaq ki, qanun qəbul edildi. Bundan sonra keyfiyyətli hüquqi yardım göstərmək mümkün olacaqmı? Nümayəndəlik institutu bütün sivil ölkələrdə var. Vəkillərin sayı 15 min nəfər olsaydı, əlbəttə, dəyişiklikdə problem olmazdı. Nədən hüquqi yardım ancaq Vəkillər Kollegiyasının monopoliyasına verilməlidir? Siyasi və iqtisadi islahatların aparıldığı ölkədə bu qanunun qəbulu problemlər yaradacaq. Ona görə də qanuna yenidən baxılmalıdır”.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova Əliməmməd Nuriyevin dedikləri ilə razılaşmayıb.
O, bildirib ki, birdən-birə nümayəndəlik institutunun ləğvi söhbəti getmir və islahatlar Avropa Şurasının təkidi ilə aparılır: "Keçən il 706 nəfər Vəkillər Kollegiyasına sənəd verib. Testdən 215 nəfər keçib. Keçid balı isə cəmi 60 baldır. Savadı olmayan, sadəcə, təcrübəsi olan nümayəndələr monopoliya yaradırdı. Geoloq, bioloq, "santexnik”, tibb bacısı, "Kamaz” şoferi, "slesar” nümayəndəlik edirdi. Həbsxanadan çıxan şəxs dələduzluq faktını o qədər gözəl mənimsəyir ki, zərərçəkənin hüquqlarını müdafiə edir. İki dəfə boşanan şəxs maklerlik edib nümayəndəlik edir”.
İradə Cavadova əlavə edib ki, vəkilin statusu artırılmalıdır: "Vəkil, hüquqşünas hörmətli olmalıdır. Türkiyəni nümunə kimi götürürsünüz, amma orada nümayəndə varmı? Vəkil makler yox, hüquqşünas olmalı, keyfiyyətli hüquqi yardım göstərməlidir”.
Hüquqşünaslar Emin Abbasov, Ramil Süleymanov, Nizami Bağırov, Səbuhi Axundov, Nemət Ağalarov və başqaları məsələ ilə bağlı fikirlərini bildirib, əlavə və dəyişikliyə etiraz ediblər.
Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ilə hüquqşünaslar və nümayəndələr arasında mübahisə və fikir ayrılığı yaranıb/APA.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi