Prezidentə təqdimat verildi - Akoqollu içki və tütün məmulatlarına idxal aksizi 2 dəfə artırılır

img

07-11-2017 [11:42]


Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub.

Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA