Ramil Usubov iraqın Azərbaycana yeni təyin olunmuz səfirini qəbul edib

img

25-08-2010 [03:57]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazir yeni təyinat münasibətilə diplomatı təbrik edib, ona uğurlar arzulayıb. R.Usubov DİN-in strukturu, funksiyaları və fəaliyyət istiqamətləri, eləcə də Avropa standartlarına uyğun, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmaqla yeni qanunların qəbulundan danışıb. Nazir qlobal xarakter almış beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükəli bəlalara qarşı birgə mübarizə aparılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın antiterror koalisiyasının fəal üzvlərindən biri olduğunu xatırladan DİN rəhbəri müasir tarixin ən həlledici dövrünü yaşayan dost İraq xalqına və dövlətinə tezliklə möhkəm sülh və əmin-amanlıq arzulayıb. Qəbula, ətraflı məlumata görə minnətdarlığını bildirən Heydər Şiyə Qubeyşi Əl-Barrak iki ölkə və xalq arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu, İraq polisinin öz azərbaycanlı həmkarlarının təcrübəsindən öyrənməsinin çox faydalı ola biləcəyini, iki dövlətin müvafiq strukturları arasında əlaqələrin yaradılmasını və genişlənməsini nəzərdə tutan niyyət protokolunun imzalanmasının əhəmiyyətini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA