Eldar Mahmudovun həbsdə olan əmisi oğlundan yeni xəbər - Şikayət vermədi

img

07-11-2017 [11:20]


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsdə olan əmisi oğlu Vüqar Mahmudov barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verməyib.

Qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti məhkəməyə təqdim olunmayıb.

V. Mahmudovun apellyasiya şikayəti vermə müddəti başa çatıb.

Qeyd edək ki, V. Mahmudov Bakı İstintaq Təcridxanasında saxlanılır.

Dünən vəkili onunla görüşüb. 

Xatırladaq ki, MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA