Hökumət yanacaqla bağlı qərar verdi - Gömrük və rüsumundan azad olundu

img

06-11-2017 [19:23]


Nazirlər Kabineti "TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

Mia.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA