Rəsmi Vaşinqton türklərə qarşı viza qadağasını qismən qaldırdı - Bəyanat

img

06-11-2017 [19:22]


ABŞ-ın Türkiyədəki səfirliyi məhdud sayda viza müraciətlərini yenidən qəbul etməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlik bu barədə əvvəllər viza üçün müraciət etmiş türk vətəndaşlarına aşağıdakı məzmunda elektron məktub göndərib:

"Türkiyədəki ABŞ nümayəndəlikləri məhdud ölçüdə viza müraciətlərini qəbul etməyə başlamışdır. ABŞ-a səyahət etmək istəyən müraciət sahibləri artıq yenidən görüş saatı müəyyənləşdirə bilərlər. 

Ancaq məhdud sayda görüş saatı veriləcəyindən uzun müddətli gözləmə ola bilər. Bəzi durumlarda təcili görüş gerçəkləşə bilər. Əgər təcili bir səyahət gündəminizdədirsə və həmin tarixə görüş ala bilmirsinizsə, o zaman xahiş edirik, səfərin nədən təcili olduğunu izah etməklə, boş tarixlər üçün müraciət edin, ardınca müvafiq addımları izləyin".

Rəsmi Ankara isə Vaşinqtonun bu addımını viza qadağası böhranında bir yumşalma kimi qiymətləndirib.

Mia.az
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA