06-11-2017 [18:07]
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb.
Əli Həsənov xatırladıb ki, ötən həftədə Azərbaycan prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib:
"Bu görüşlərin də əksər hissəsi Xəzər və Qara dəniz hövzəsi, Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu, ondan əvvəl reallaşdırılmasına başlanılmış Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi və 1993- cü ildən həyata keçirilməyə başlayan Böyük İpək Yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasının mərkəzində Azərbaycan dayanır.
Azərbaycan prezidenti son bir həftədə həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat-kommunikasiya, enerji layihələri, Xəzər-Qara dəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik layihələri, iqtisadi ticarət əlaqələri və.s onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib. Onun maraqları bölgə ölkələrinin və bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir.
.jpg)
Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir.
Bütün bu məsələlərdə Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşdirilməsində Azərbaycan həlledici rola malikdir. Çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvəl region ölkələrinin iradəsinə sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərib.
Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir.
Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına həm maliyyə, həm də beynəlxalq dəstəkləri qazana bildi. Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi.
Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları "Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, "Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.
Qafqazinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi