Vakant dövlət qulluğu vəzifələrinin tutulması müsabiqəsi baza çatıb

img

25-08-2010 [01:43]


2010-cu il 5 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 42 dövlət orqanında inzibati vəzifələrin altıncı ? doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2010-cu il 9 mart tarixədək davam edib. Müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 30 aprel ? 5 iyul tarixlərdə Komissiyasının ?Test imtahanı mərkəzində? keçirilib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4111 (966-sı qadın, 3145-i kişi) namizəd qeydə alınıb. Onlardan 324-ü qadın, 1010-u kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 580 nəfəri (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi 2010-cu il 25 may tarixdə başlayıb, 2010-cu il 24 avqust tarixdə başa çatıb. 1334 namizəddən 395-i (97 qadın, 298 kişi) bu mərhələni uğurla başa vurub. Vakant dövlət qulluğu vəzifəsinə uyğun bilinən namizədlərin gender və yaş qrupları üzrə göstəriciləri aşağıdakı kimi olub: 20-29 yaşarası - 323 nəfər (88 qadın, 235 kişi); 30-39 yaşarası - 54 (7 qadın, 47 kişi); 40-49 yaşarası - 12 (2 qadın, 10 kişi) 50-59 yaşarası - 6 (hamısı kişi)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA