Hərbi komissarı DTX həbs edib - Sabiq nazir müavininin oğlunun işi ilə bağlı yeni fakt

img

06-11-2017 [10:25]


Məşhur iş adamı Zaman İsgəndərovun nəvəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunması ilə bağlı yeni faktlar üzə çıxıb.

Mia.az xəbər verir ki, "ölkə.Az"ın əldə etdiyi məlumata görə, 04 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı Kənan İsgəndərov barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilib.

Kənan İsgəndərov Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində həbs olunub. O, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Kənan İsgəndərov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA