Nazirlik Xəzər sahilindəki bir sıra kafelər cərimələyib

img

25-08-2010 [01:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qaradağ rayonu Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən ?GE Petrol? firmasında formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə olunub. Qaradağ rayonu Xəzər sahili ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə ?Meduza? iaşə obyektinin iş icraçısı A.Süleymanov, ?Laçın? İKF-nin iş icraçısı L.Qazaxov, ?Ruzi? iaşə obyektinin iş icraçısı X.Məmmədov və ?4/4? iaşə obyektinin iş icraçısı S.Əliyev hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə ediliblər. Qaradağ rayonu Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları X.Yunusov və N.Quliyev hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA