Ayı ovlayanlara qarşı cinayət işi açıldı - Prokurorluq

img

04-11-2017 [16:35]


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb.

Baş Prokurorluqdan  Mia.az-a verilən məlumata görə, araşdırmalarla oktyabrın 28-də saat 14 radələrində Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA