İşğaldakı Ağdərədə böyük partlayış - 12 erməni hərbçisi məhv oldu, xeyli yaralı var

img

04-11-2017 [15:26]


Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib. 

İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA