DTX-dan casus əməliyatı - Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanıldı

img

04-11-2017 [14:03]


Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, M.Sultanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA