Azərbaycanda məmur saxlanıldı - Vəzifə saxtakarlığına görə...

img

04-11-2017 [14:01]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

Mia.az "Report"a istinadən əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisinə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatın məhkəməyə təqdim edilməsi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA