Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

04-11-2017 [12:52]


Noyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  7-10° isti, gündüz  15-20° isti, Bakıda gecə  7-9° isti, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765  mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50% olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  8-13° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA