"Qoca" ilə lqar Əzimovun meyitləri ailələrinə təhvil verildi

img

04-11-2017 [12:29]


Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən şəxslərin meyitləri ailələrinə təhvil verilib.
 
APA-nın məlumatına görə, bu gün Etibar Məmmədov və İlqar Əzimovun meyitləri müayinə olunduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən yaxınları tərəfindən götürülüb.
 
Qeyd edək ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçan, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat zamanı E. Məmmədov və onun tanışı İlqar Əzimova xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Əməliyyat qrupu xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA