Azərbaycanda yeni medal təsis edildi - Sərəncam

img

04-11-2017 [11:20]


Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə "Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsdiq edilib.

Mia.az verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:

Maddə 1. Təltif edilən şəxslər

"Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA