MSK-nın deputatı mandatdan məhrum edə biləcək - Səlahiyyətləri artırılır

img

03-11-2017 [19:38]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) deputatın mandatdan məhrum edilməsi ilə bağlı əlavə səlahiyyətlər verilir.

MSK deputatın özü səs vermədikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək.

""Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edildikdən sonra Seçki Məcəlləsində bu dəyişikliyə ehtiyac yaranıb. Milli Məclisin İntizam Komissiyası məsələyə baxıb rəy verdikdən sonra MSK-ya göndəriləcək”, - deyə Modern.az-a verilən xəbərdə bildirilib.

MSK həmçinin, deputat həmkarının yerinə səs verən Milli Məclis üzvünü də mandatdan məhrum edə biləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA