Bakıda ana 4 körpə dünyaya gətirib

img

25-08-2010 [11:58]


Bakı şəhəri, Hacı Qasımov adına 1 saylı doğum evində ana 4 uşaq dünyaya gətirib. Xəstəxananın növbətçi həkimi Rəqibə Məmmədovanın ANS-ə verdiyi məlumata görə, hamiləliyinin birinci ayından 1 saylı doğum evində qeydiyyatda olan və həkim müayinəsindən keçən Bakı şəhəri, Binəqədi qəsəbə sakini Lalə Dəmir qızı Yusifova bu gün 4 uşaq dünyaya gətirib. Dünən axşam saat 19:30 radələrində cərrahiyyə əməliyyatı ilə doğulan 3-ü qız, 1-oğlan olan körpələrin hamısının və ananın vəziyyəti normaldır. Çəkisi 1,8 kq olan oğlan, habelə 1,8, 1,9, və 1,3 kq olan qızlar küvəzə yerləşdirilib. Çəkiləri normadan az olan körpələr xüsusi nəzarət altında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA