FED-in rəhbəri dəyişdi - Tramp Canet Yellenin yerinə şura üzvünü gətirdi + FOTO

img

03-11-2017 [00:01]


ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yelleni öz vəzifəsinə təsdiq etməyib. 

Mia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp FED-in yeni rəhbəri postuna Cerom Paueli təyin edib. O, hazırda FED-in İdarəetmə Şurasının üzvüdür.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, FED-in yeni rəhbərinin təyinatı Senat tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, ötən həftə Tramp FED-in rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini açıqlamışdı.

Bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauel, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylor idi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA