Bakıda Uşaq Birliyinin xanım əməkdaşı yoxa çıxıb: "Mobil telefonu və əşyaları..." - FOTOLAR

img

02-11-2017 [21:06]


Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

Mia.az 1news.az-a istinadən xəbər verir ki, onu sonuncu dəfə "28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı Azərbaycan Uşaqlar Birliyində işləyir və xeyriyyəçiliklə məşğul olur.

Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti "102” və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA