Sərin hava zəraiti davam edəcək, bəzi yerlərə yağız yağacaq

img

25-08-2010 [11:31]


Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Bürosundan verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 30-32?, axşam 24-26? olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25? olacağı gözlənilir. Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24?, gündüz 30-33?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26? olacaq. Avqustun 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 29-31? olacaq. Avqustun 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 27-dən 28-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 30-33? olacaq. Azərbaycanın rayonlarında avqustun 26-da gün ərzində əsasən yağmursuz hava olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 30-34?, dağlarda gecə 11-14?, gündüz 21-26? olacaq. Avqustun 27-28-də gün ərzində əsasən yağmursuz hava keçəcək. Lakin avqustun 27-də gecə və axşam, 28-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 28-33?, dağlarda gecə 11-14?, gündüz 20-25? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA