UNEC-də dayanıqlı inkişafda sosial və insan kapitalı mövzusu müzakirə edilib - FOTO

img

02-11-2017 [17:32]


UNEC-də "Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri ilə görüşlər davam edir.

Universitetdən Mia.az-a verilən məlumata görə, UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı və magistrləri professor Qorxmaz İmanovla görüşüb.

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Q.İmanov "Dayanıqlı inkişafda sosial və insan kapitalının qiymətləndirilməsi modelləri” mövzusunda məruzə ilə çıxış edib. Professor qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin üsullarından istifadə etməklə sosial və insan kapitalının Azərbaycan meyarları əsasında qiymətləndirilməsi üsullarından danışıb. Dayanıqlı inkişafın əsas istiqamətlərinin iqtisadi, sosial və ekoloji dayanıqlığın təmin edilməsi olduğunu vurğulayan Q.İmanov onun mühüm meyarlarını sosial və insan kapitalı təşkil etdiyini diqqətə çatdırıb.

Qeyri səlis iqtisadiyyatın (Fazzy iqtisadiyyatı) əsaslarından danışan alim bildirib ki, bu, iqtisadi riyazi üsulların yeni istiqamətidir və əsası dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə tərəfindən qoyulub. Alim insan və sosial kapital modellərindən, milli dayanıqlı inkişaf meyllərindən danışıb, sosial-iqtisadi təhlükəsizlik modelinin dünya üzrə göstəricilərini açıqlarayaq, dünya və Azərbaycan üzrə bu göstəriciləri təhlil edib.

Məruzənin sonunda qeyri səlis iqtisadiyyat elmini gələcəyin elmi adlandıran Q.İmanov gənclərə bu elmə maraq göstərməyi tövsiyə edib.

Görüşdə professor Q.İmanov UNEC-də keçirilən "Elm aylığı”nda "Dayanıqlı inkişafda sosial və insan kapitalının qiymətləndirilməsi modelləri” mövzusunda məruzə ilə çıxışına görə Fəxri Fərmanla təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA