"Qoca" ilə birlikdə qaçmaq istəyən şəxsin qolunu güllə sındırıb - Nazirlikdən açıqlama

img

02-11-2017 [14:57]


Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Anar Əsgərov sol qolundan güllə yarası aldığından qolu sınıb. 

Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.Əsgərovun müalicəsi üçün hazırda bütün zəruri tədbirlər görülür.

Şahmar Bəyəlizadənin sağlamlıq vəziyyəti normal olduğundan o, hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş E.Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən E.Məmmədov və İlqar Əzimov yaralanıblar və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.

Digər yaralı A.Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Ş.Bəyəlizadə saxlanılaraq tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA