Bir baş həkim işdən azad olundu, 3-nə şiddətli töhmət verildi - Sumqayıt səhiyyəsində sərt qərarlar

img

02-11-2017 [11:20]


Sumqayıt şəhər Səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakıyla iclas keçirilib.

İclasda bir sıra baş həkimlər işlərində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

Belə ki, Sumqayıt şəhər 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U. Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.

Qeyd edək ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyev töhmət aldıqdan sonra işdən azad olunmasıyla bağlı istefa ərizəsi yazıb və tutduğu vəzifədən azad edilib/Xeberle.com.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA