Ərdoğandan Qarabağla bağlı nikbin açıqlama: "Putinlə görüşəcəyik, əgər o, bu məsələyə girişsə,..."

img

02-11-2017 [10:13]


"Dağlıq Qarabağ məsələsində haqlı mübarizədə Azərbaycanın yanında olmaqda davam edəcəyik".

Bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, o, münaqişənin həlli ilə bağlı səy göstərəcək. 

"Hörmətli Putinlə görüşüb bu məsələni müzakirə edəcəyik. Çünki həqiqətən məsələnin həllinə girişsə, nəticə almaq daha çox asanlaşar", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.

O, Azərbaycanla imzalanan sazişlərdən razı qaldığını vurğulayıb. 

Ərdoğan 2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü illiyinin birlikdə qeyd ediləcəyini deyib/Report.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA