"Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir" - Üç prezidentdən birgə bəyanat

img

02-11-2017 [00:18]


"Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir".

Bu barədə Tehranda  İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən birgə bəyanatda deyilir.

"Tərəflər bölgədə həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli maneə olduğunu təsdiqləyərək,  münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırlar”, sənəddə vurğulanıb.

Həmçinin, tərəflər terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin zəruriliyini qeyd ediblər/APA.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA