AMiP üzvü prezidentə və Heydər Əliyev Fonduna müraciət edib

img

24-08-2010 [02:50]


Bu gün AMİP üzvü, keçmiş siyasi məhbus Musa Rahim İmişli rayonunda baş verən özbaşınalıqlarla bağlı prezident İlham Əliyev və ?Heydər Əliyev? Fondunun prezidenti, millət vəkili, xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan həmin müraciətdə deyilir: ?Bildiyiniz kimi, bu ilin əvvəllərində yağan aramsız yağışlar zamanı Kür və Araz çaylarının daşması nəticəsində yüzlərlə İmişli sakinlərinin evlərinə ziyan dəymişdir. Bu təbii fəlakətdən ziyan çəkmiş vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının prezidenti olaraq Siz humanist addım ataraq çox dəyərli bir sərəncam imzalamısınız. Amma təəssüf hissi ilə bildirirəm ki, Fövqəladə Hallar Nazirliyinin yeni yaranmış yerli komissiyası verilən bu sərəncamdan sui-istifadə edərək öz maraqları üçün pərdə arxasında analoqu olmayan cinayət xarakterli əməllər edirlər. Belə ki, yuxarılara pul çatmalıdır deyə ya rüşvətxorluq, ya qohumbazlıq edir, ya da bu filankəsin adamıdır pərdəsi arxasında işlər görürlər. Bu gün yerli hakimiyyətin imişlilərə qarşı etdiyi zülmü, cənab İlham Əliyevin imzaladığı sərəncamının əksinə atılan addım kimi qiymətləndirirəm. Odur ki, mən sizlərdən həmin sərəncamın icrasının necə aparıldığını yoxlamaq üçün komissiya göndərməyinizi xahiş edirəm. Əks təqdirdə öz şəxsi evimin üstünə etiraz şüarları qaldırmaqla 30 avqust 2010-cu il, səhər saat 09.00-dan etibarən aclıq aksiyasına başlayacağam. Bu sərəncamda əksini tapan humanizmin bərpası ümidi ilə qabaqcadan sizlərə öz minnətdarlığımı bildirirəm?. Xatırladaq ki, Musa Rahim 2007-ci il avqust ayının 23-də evinin üstünə qaldırdığı etiraz şüarlarını endirmədiyinə görə saxta ittihamla 5 il müddətinə azadlıqdan məhrum etdilmiş, prezidentin sərəncamı ilə ötən il əfv olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA