Yas mərasimində dava - Vəhhabilər mağarı sökmək istədilər

img

01-11-2017 [15:20]


Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə "Vəhhabi” adlanan dindarlar olub.

Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə mane yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə, ümumiyyətlə, ehsan verilməsinin doğru olmadığını deyib.
Nəticədə mərhumun yaxınları ilə vəhhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhhabiləri yas yerindən uzaqlaşdırıblar.

Mynews-a istinadən həmin hadisədən olan görüntünü təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA