Rafiq Hüseynovun nəşi Bakıya nə vaxt gətirilir?

img

01-11-2017 [14:09]


Almaniyada xəstəxanada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gecə Bakıya gətiriləcək.

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında mərhum xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova deyib.

Onun sözlərinə görə, R.Hüseynovun nəşi bu gün Bakı vaxı ilə 20.00-da Almaniyadan yola salınacaq. Mərhumun nəşini gətirən təyyarə gecə saatlarında Bakıya çatacaq.

Vida mərasimi sabah Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. R.Hüseynov ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, uzun illər ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov oktyabrın 28-də Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanalardan birində vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA