Vitse-spikerdən deputata reaksiya: "Tənqid etməyə nə var ki?!" - Parlamentdə polemika

img

31-10-2017 [14:04]


Milli Məclisin iclasında "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Deputat Fazil Mustafa gələcəkdə bu qanuna dəyişiklik edilməsini təklif edib.

"Bu vaxta qədər də yaşıllıqlarda əkiləcək bitkilərin cinsi, torpaqların xüsusiyyətini qeyri-formal qaydada icra hakimiyəti müəyyən edirdi. Hesab edirəm ki, bu məsələni yenidən icra hakimiyyətinə həvalə etmək heç nəyi dəyişməyəcək, xaricdə bu işi bələdiyyələr, vətəndaşlar edir. Bizdə isə yaşıllıqları salanları stimullaşdırma yoxdur. Bir sıra ərazilərdə salınan yaşıllıqların solmasını müşahidə edirik. Çöldürsə, o elə qalmalıdır, yaşıllıqlar salmağa nə ehtiyac var? Bu işdə həm də məsuliyyət məsələsinə baxılmalıdır. Ona görə də icra orqanlarının məsuliyyətinin müəyyən edilməsi vacibdir. Milyonlar ödəyərək xaricdən ağac gətirməyə ehtiyac yoxdur. Vətəndaşlar stimullaşdırılsa, Abşeron torpağına uyğun yaşıllıqlar əkilər”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafaya cavabında bildirib ki, bu gün yaşıllıqlar salan təşkilatların sayı kifayət qədərdir.

"Biz Yeni Azərbaycan Partiyası olaraq də ildə bir neçə dəfə ağac əkirik. Bir partiya başqanı olaraq Fazil müəllim, siz də təşəbbüs göstərib, ağac əkin, yaşıllıq salın. Fazil müəllim, bir kənara çıxıb baxmaq lazımdır. Tənqid etməyə nə var ki?!”.

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA