31-10-2017 [11:13]
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi.
Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (Bank of Azerbaijan), üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar.
Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular. Bunlar əslində cinayət xarakterli fəaliyyətdir; bir nazirin bank, göydələnlər, çınqıl karxanaları, toyuq fabriki, istirahət-əyləncə mərkəzləri, min hektarlarla torpaq sahələrini əldə etməsi təbii ki, qanunla qadağan edilən məsələdir. Amma o, özünün sərbəst şəkildə heç bir kapitalı olmayan oğlunu cəmiyyətə iş adamı kimi sırıyıb, guya bu mal-mülklərin, biznesin onun olduğuna dair alibi yaradırdı.
Hansı ki, Anar Məmmədov 1982-ci il təvəllüdlüdür və iri iş adamı kimi təqdim ediləndə, 24-25 yaşları vardı. Əlbəttə, bu, Azərbaycan reallığında mümkünsüzdür. Bunlar hər kəsə bəlli idi və o da gözlənilirdi ki, xüsusi ilə 2010-2015-ci illər ərzində ölkədə harınlıqlar edən Məmmədovlar klanı cəzalandırılacaq, onların oğurluq vəsaitlər hesabına əldə etdikləri əllərindən alınacaq.
![]()
Bu, baş verdi; Ziya Məmmədovun nazirliyi ümumiyyətlə, ləğv olundu, qardaşı Elton Məmmədov 2015-ci ildə deputat mandatı ilə vidalaşdı, oğlu Anar Məmmədovun sərəncamında olan şirkətlər, obyektlər, avtovağzal geri alınmağa başladı, bankları da qapadıldı. Həmçinin Ziya Məmmədovun müxtəlif vəzifələrə yerləşdirdiyi şəxsləri görəvdən almağa başladılar.
Düzdür, hazırda onun azı iki adamı icra başçısı vəzifəsində qalır - Ucarın icra başçısı Mənsur Məmmədov və Zərdabın icra başçısı Lütvəli Babayev.
Heç şübhəsiz ki, onlar da yaxın zamanlarda vəzifə ilə vidalaşacaqlar...
![]()
Hazırda isə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib. Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi.
Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.
Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi. Ziya Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra rayon camaatı həmin yağmalanmış ərazilərin Ziya Məmmədovdan geri alınması üçün müraciətlər də etmişdi.
Bu günlərdə çox heyrətamiz bir olay baş verib: Ziya Məmmədovun həmin möhtəşəm villasını əlindən alıblar! Sözügedən mülkün giriş qapısına fotoda gördüyünüz bu lövhə yerləşdirilib: "AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı”.
Musavat.com müxbirinin rayon sakinlərindən aldığı məlumata görə, Ziya Məmmədov uca hasara aldığı 20 hektar ərazidə nar bağı salıbmış.

Bu mülkün "AZNAR”ın balansına keçməsi prosesi isə olduqca maraqlıdır.
Adıçəkilən müəssisə həmin bağı öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödəyib. Amma Ziya Məmmədova yox, dövlətə. Belə ki, Ziya Məmmədovun nazirliyi ləğv edildikdən, daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildikdən sonra təhvil-təslim zamanı Ziya Məmmədovun nazir olduğu dövrdə burada yüz milyon manatdan çox yeyintiyə yol verildiyi aşkarlanıb.
Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq. Məmmədovun ölkədən çıxışı yasaqlanıb və hazırda onun "yediklərinin qusdurulduğu” dönəmdir. Göyçaydakı mülkü də hərraca çıxarılıb və "AZNAR” həmin ərazini alıb.
Pul isə, dediyimiz kimi, dövlətə ödənilib.
![]()
Şirkət bu ərazini aldıqdan sonra orada nar bağına xüsusi qulluq edilməyə başlanılıb. Hazırda həmin bağda işləmək üçün 50-dən çox şəxsin işə götürüldüyü və müəssisənin əsas nar tədarükü zonası kimi çalışdırıldığı qeyd edilir.
Bununla yanaşı, bizi bilgiləndirən mənbə qeyd edir ki, Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.
"Yeni Müsavat”



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi