30-10-2017 [17:45]
Oktyabrın 30-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Ramil Usubov Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əlaqələrin yarandığını, bu əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması üzrə həyata keçirilən tədbirlərin böyük əhəmiyyətini nəzərə çatdırıb.
Nazir insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı normativ hüquqi aktlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Xüsusi "Tədbirlər planları”nın hazırlanıb icraya yönəldildiyini diqqətə çatdıraraq daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində sistemli iş aparıldığını, təkcə bu ilin 9 ayında insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə 300-ə yaxın əməkdaşın iştirak etdiyini vurğulayıb.
Qonaqların nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb, o cümlədən 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.
Həmçinin diqqətə çatdırılıb ki, 2001-ci ildən indiyədək ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması sahəsində görülən tədbirlərlə 72 müvəqqəti saxlama yerindən 50-si yeni inşa edilib, daha 22-si əsaslı təmir olunub. Müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunduğu həmin yerlərdə beynəlxalq təşkilatların müvafiq qurumları, habelə Ombudsman təsisatı və qeyri-hökumət strukturlarından olan müşahidəçilərin bu ilin ötən dövründə 85 dəfə azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şəraitin yaradıldığı da qeyd edilib.
Görüş zamanı cəmiyyətdə polisin işgüzar nüfuzuna xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin bu mövzuda ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qərəzli olaraq əsassız və qeyri-obyektiv müraciətlər ünvanlamaları da təəssüflə qeyd olunub.
Cənab Giorgi Tuquşi səmimi qəbula və ətraflı məlumata görə nazir R.Usubova təşəkkür edib, rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir hissəsinin aradan qaldırılmasını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasını qeyd etməklə bərabər, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı bəzi nöqsanların hələ də mövcudluğunu xatırladıb, qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticəsi kimi onların da qısa müddətdə öz həllini tapacağına ümidvar olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi