Nazarbayev özü gəlmədi, baş naziri Bakıya göndərdi

img

30-10-2017 [13:42]


Qazaxıstan baş naziri Bakıtjan Saqintayev Azərbaycana səfərə gəlib.
 
Mia.az Azərtac-a istinadən xəbər verir ki, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Onu da qeyd edək ki, dünən bir çox media orqanlarında Nazarbayevi Bakıya gələcəyi proqnozlaşdırılırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA