Ombudsman Aparatının nümayəndələri hərbi təhsil müəssisələrində monitorinq keçirib - FOTO

img

30-10-2017 [11:02]


Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirib.
 
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, monitorinq zamanı aparatın əməkdaşları təhsil müəssisələrində şəxsi heyətin maddi, məişət şəraitləri, ərzaq, tibbi təminatı və tədrisin vəziyyətini yoxlayaraq, görülən işləri müsbət qiymətləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA