Prezidentdən müəllimlərlə bağlı sərəncam - Nazirlər Kabinetinə tapşırıq verildi

img

28-10-2017 [18:00]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Telman Bayram oğlu İsgəndərova "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Telman İsgəndərova aqrar təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim” fəxri adı verilib.

Prezident İlham Əliyev Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ə.Musayevə aqrar elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA