Azərbaycanda 294,7 min nəfər sosial müavinətlər alır

img

24-08-2010 [11:25]


2010-cu ilin iyul ayının 1-i vəziyyətinə ölkə üzrə 294,7 min nəfər sosial müavinətlər alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 93,4 min nəfər, ailə başçısının itirilməsinə görə - 34,3 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,1 min nəfər təşkil edib. Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 489 nəfər zərərcəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 902 nəfər qəyyumlarına, eləcə də 11,1 min ailəyə 22,5 min uşaq üçün müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA