27-10-2017 [16:29]
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi "Region gəncləri erkən nikahlara qarşı” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Cəlilabad şəhərində baş tutub. Tədbirdə rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və gənclər iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktor müavini Eyvaz Məmmədov erkən nikahlarla bağlı problemin təkcə bir ölkə, bir xalq deyil, bütövlükdə bəşəriyyət üçün aktual olduğunu deyib. E.Məmmədov bildirib ki, BMT-nin bir neçə komissiyasında uşaq nikahı və ya onunla bağlı hadisələr insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Natiq qeyd edib ki, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da erkən nikahlar əleyhinə kampaniyada fəal iştirak etməlidirlər.
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycanda nikah yaşı 18-dir: "Yalnız istisna hallarda, üzrlü səbəblər olduqda 17 yaşda da evliliyə icazə verilə bilər. Ölkəmizdə il ərzində təxminən 4000 erkən nikah baş tutur. Belə nikahlardan 3500-ə yaxın körpə dünyaya gəlir. Bu statistika problemin ciddiliyindən xəbər verir”.
S.Verdizadə deyib ki, erkən nikahlar sonradan ciddi fəsadlarla müşaiyət olunur: "Elm sübut edib ki, 18 yaşından kiçik anaların 30-35 faizinin yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski 19 yaşlı anaya nisbətən daha yüksəkdir. Bu yaş kateqoriyasına daxil olan anaların dünyaya gətirdikləri uşaqların sağ qalmaq ehtimalı 40 faizi ötmür. Azyaşlı anaların dünyaya gətirdikləri uşaqlarda tez-tez immunitet çatışmazlığı olur, onlar az qidalanmadan əziyyət çəkirlər. Bu kimi faktorlar erkən nikahlara qarşı mübarizəni gücləndirməyi qaçılmaz edir”.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov təəssüflə qeyd edib ki, erkən nikaha daxil olan qızlar yaxşı təhsil ala bilmirlər. Nticədə cəmiyyətin həyatında passiv iştirak edir, bir çox sosial layihələrdən kənarda qalırlar: "Tez ailə həyatı quran qızlar həm də yüksək məvacibi olan iş tapa bilmirlər. Bu üzdən də ömürlərinin sonuna kimi həyat yoldaşlarından və ya hansısa qohumlarından asılı vəziyyətdə qalırlar. Belə qadınlar həyat yoldaşlarını itirəndə, yaxud ondan ayrılanda yoxsulluğa məhkum olurlar. Odur ki, hər bir valideyn ilk növbədə qız uşaqlarının daha yaxşı təhsil almasına çalışmalıdır”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi