Qaçan məhbuslardan biri Şirvan şəhərində tutuldu

img

26-10-2017 [17:22]


Bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.

Mia.az-ın məlumatına görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

"Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir", - deyə, məlumatda bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA