"Zaryadka” – "Yükləmə”, "Evakuasiya” – "Köçürülmə”,... - Alınma sözlərin qarşılığı təsdiqlənib (SİYAHI)

img

26-10-2017 [12:47]


Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Mia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:

"Zaryadka” – "Yükləmə”,
"Adapter” – "Yükləyici”,
"Embarqo” – "Qadağa”,
"Evakuasiya” – "Köçürülmə”,
"Proqnoz” – "Öncəgörmə”,
"Konsensus” – "Yekdillik”,
"Kserokopiya” – "Üzçıxarma”,
"Like” – "Bəyənmə”,
"Mesaj” – "İsmarıc” kimi təsdiqlənib.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer "mouse”nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA