26-10-2017 [10:23]
Mia.az əməkdar artist İlqar Cahangirin teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:
– İlqar bəy, Gənc Tamaşaçılar Teatrından gedəndən sonra sanki üsyankar aktyor imiciniz yarandı. Siz bu obrazla razısınızmı?
– Mən deməzdim ki, üsyankar bir aktyoram. Sadəcə, o məsələni gənclər bir az qabartdı. Biz 18 il kamera teatrında işləmişik və o teatr yaradıcı bir yer olub. Orda heç kim bizə deməyib ki, məsələn, mütləq filan əsər oynalılmalıdır. Hətta biz özümüz demişik ki, bəlkə bu müəllifə yox, başqa bir müəllifə müraciət edək. Ümumiyyətlə, yaradıcılıq baxımından rejisor və aktyorlar arasında həmişə diskussiyalar olub və tamaşalar ortaya çıxıb.
Biz Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra isə şərtlər belə oldu ki, işin oldu-olmadı mütləq teatra gəlməlisən, qol çəkməlisən. Və yaxud, bu əsəri mütləq oynamalısan! Axı baxıram ki, bu əsər mənə və tamaşaçıma heç nə vermir və oynamaq istəmirəm. Hansısa bir məmur, hansısa bir imkanlı adam əsər yazıbsa, mən məcburammı onu oynayım?
Başqa bir tərəfdən Gənc Tamaşaçılar Teatrında mənim vətəndaş mövqeyimə də müdaxilə elədilər. Müsahibələrim oldu, fikirlərimi bildirdim, deyirdilər ki, niyə belə danışırsan? Mən heç kimə imkan vermərəm ki, şəxsi düşüncələrimə bu şəkildə müdaxilə eləsin. Ona görə də onları qabaqladım, ərizəmi yazıb özüm çıxdım. Bundan üsyünkar obraz yaratmağın isə tərəfdarı deyiləm.
– Hazırda "Ögey ana” serialındasınız. Kəmalə Müzəffərlə bir serialda çəkilmək, onunla tərəf müqabili olmaq sizin üçün nə qədər xoşdur?
– Mən Kəmalə Müzəffəri 28-30 ildir tanıyıram. Biz tələbə yoldaşı olmuşuq. Hesab edirəm ki, o, yaxşı bir aktrisadır. Bizdə aktyor-aktrisa kastinqi deyilən bir şey var, orda dedilər ki, tərəf müqabiliniz Kəmalə Müzəffər olacaq. Mən də bunu bizim uğurumuz kimi qiymətləndirdim.
Belə bir şey var ki, əgər rollar düzgün bölünürsə, bu, tamaşanın və yaxud, filmin 60 faizidir. Bu mənada Kəmalə xanım da düzgün bir seçim idi və bu da artıq öz nəticəsini göstərir. "Ögey ana” real olaraq hələ ki, reytinq göstərilərinə görə birinci yerdədir. Bundan sonrası necə olacaq, həyat göstərər...
– Bəs niyə Kəmalə Müzəffər "Vicdan haqqı” serialından itkin düşüb "Ögey ana”ya gəldi?
– Düzü, bu onların şəxsi işləridir, bu barədə fikir deyə bilmərəm.
– "Ögey ana” serialında xeyli problemlər qoyulub. Əqli cəhətdən şikəst uşaq, ailə, məişət qayğıları və s. Bu filmlə sizin şəxsi həyatınız arasında üst-üstə düşün nəsə varmı?
– Xeyir, elə bir şey yoxdur.
– İlqar bəy, 50 yaşınız var, amma sanki, uşaq kimisiniz...
– Hə... Mənə də hərdən elə gəlir ki, 50 yaşında uşağam. (gülür) Hər şeyə inanan, hər şeyi təmiz görmək istəyən bir insan!
– Bu, sadəlöhvlükdürmü?
– Deməzdim ki, sadəlöhvəm. Daha çox realistəm. Hər şeyi aydın görürəm. Bilirəm ağ nədir, qara nədir...
– Oynadığınız hansı rolda az-çox özünüzü görürsünüz?
– Özümü gördüyüm rollar filmlərdə yox, daha çox tamaşalarda olub. Məsələn, "Tülkü və Üzüm”də Ezop obrazı var, çılğınlığım, mübarizliyim, hər şeylə barışmamağımla onu özümə yaxın bilmişəm.
– Siz "Çar Edib”i də oyanısınız, elə?
– Bəli... Hətta bu roluma görə Krımda ən yaxşı kişi rolunun mükafatını almışam.
– Bir azərbaycan kişisi kimi ana ilə oğulun cinsi münasibəti sizi diksindirmədi ki?
– Bir aktyor kimi buna normal yanaşıram. Məsələn, bu gün Azərbaycanda bir uşaq atıla bilər. Sonra o böyüyər. Anasını tanımaz. Onunla cinsi münasibətdə olar. Həyat deyilmi? Və yaxud, lap müasir dövrümüzdə ata öz qızı ilə cinsi münasibətdə olmayıbmı? Təbii ki, belə şeylər məni rolda da, həyatda da qıcıqlandırır. Bir anlıq adam öz maskasını çıxarmaq istəyir ki, daha bu qədər olmaz!
– Bayaq vətəndaş mövqeyindən danışdınız... Sizin üçün vətəndaş mövqeyi nədir?
– Biz bu gün bir cəmiyyətdə yaşayırıq. Və burada ictimai-siyasi proseslər gedir. Vətəndaş mövqeyi bunlara biganə qalmamaqdır. Əgər səhiyyəmizdə, təhsilimizdə problemlər varsa, onlara qarşı biganə qalmamaq mənim üçün vacib məsələdir. Əgər sən bu problemlərin şahidisənsə və gözünü bağlayıb keçirsənsə, şəxsən mən bununla barışmıram. Hansı xəstəxana olur olsun, lap ən xırdası – mənzil istismar idarəsi olsun, yenə də öz mövqeyimi bildirməliyəm.
– İlqar bəy, maddi vəziyyətiniz çoxmu çətindir?
– Bu barədə xeyli müsahibə də vermişəm. Məsələn, mən şəhərdən kənarda – Ceyrantabatnda yaşayıram. Elə vaxtlarım olur ki, 3-4 manat pul tapa bilmirəm ki, şəhərə gəlim. Son 10 il ərzində belə şeylər məndə dəfələrlə olub.
– Bəs seriallara çəkiləndən sonra maddi vəziyyətiniz düzəlmədi?
– Təbii ki, düzəlmədi. Çünki normal qonorar verilmir.
– Maraqlıdır, aktyor belə çətinliklə yaşayırsa, bəs seriallar üçün ayrılan pullar kimə çatır?
– Nə qazanırsa, kanallar qazanır. Rejissorlar da müqavilə bağlayıb ancaq maaş əsasında işləyirlər. Ola bilər ki, hansısa bir prodakşn müəyyən manevlər eləyib, əlavə nəsə qazana bilər. Və yaxud, yaxşı pul götürüb, aktyorun məvacibini az verib özü artıq azana bilər. Amma prodakşnlar da var ki, 3-5 seriya çəkir, sonra davam eləməyə pul tapa bilmir. Hətta kanalın verdiyi pul da onu qane eləmir.
– Səhv eləmirəmsə, siz indi rejjisor Şahin Qəhrəmanovla işləyirsiniz...
– Bəli...
– Rövşən İsaakdan təklif almamısınız?
– Mən Rövşən İsaakla iki dəfə işləmişəm.
– Konkret "Vicdan haqqı”ndan söhbət gedir.
– Mənə tez-tez sual verirlər ki, niyə "Vicdan haqqı”na çəkilmirsiniz. Amma bu sualın mənasını anlamıram.
– "Vicdan haqqı” ölkənin ən reytinqli serialı seçilib. Niyə də o serialda rol almayasınız?
– Axı aktyor təkcə mən deyiləm. Onlarla aktyor var. Rövşənlə mən tələbə yoldaşı olmuşuq, indiyə kimi də dostuq. Amma nə oslun dostuq? Hansı aktyorla işləyib-işləməmək rejissorun öz seçimidir. Düzü, mən eyni rejissorla da işləməyin tərəfdarı deyiləm. Aktyor rejissorunu tez-tez dəyişməlidir, dalaşmalıdır, ayrılmalıdır... Çünki hər rejissorun öz baxışı var, işləmə üsulu, qaydaları və metodları var.
– Bilirsiniz ki, bizdə serial çəkmək ənənəsi yoxdur. Hələ təzə başlayır. Sizcə, görülən işlər başlanğıc kimi uğurludurmu?
– Sovetin bizə ən böyük mirası teatr və kino məktəbidir. Soveti ən çox ona görə bəyənirəm ki, təhsilimiz oldu, kinolarımız oldu, teatrlarımız oldu. Sadəcə, 90-cı illərdən sonra bu sahələr gerilədi. Bu gün isə mütəxəssislərimiz də, ssenaristlərimiz də, rejisorlarımız da, aktyorlarımız da var. Sadəcə, büdcə yoxdur ki, yaxşı işlər görülsün.
Məsələn, mən fiziki şəxs kimi ayrıca filmin çəklişini aparmaq istəyirəmsə və çəkiliş üçün hansısa idarəyə gedirəməmsə, müdir deyir ki, ssenarini ver baxım, görüm orda nə var. Təkcə bu deyil, çox maneələr olur. Tutalım, mənim pulum var, ssenarim var, aktyorlarım, bütün texniki avadanlıqlarım var və film çəkmək istəyirəm. Bunun üçün nə qədər qapılar döyməliyəm, icazələr almalıyam. Türkiyədə isə belə deyil. Orda yalnız dövlət üçün ciddi əhəmiyyəti olan strateji yerlərdən icazə alınır.
Yeri gəlmişkən, bir hadisəni də danışım. Bir dəfə film çəkirdik. Yolumuz bir polis bölməsindən keçdi. Orda bizə çox biganəlik göstərdilər. Bir saatlıq işimiz 4-5 saata başa gəldi. Hətta maşınlarını da geri çəkmədilər ki, çəklişimizi rahat aparaq. Rejissor dedi ki, eybi yox, qoy biz efirə çıxaq, tanınaq. Özləri bizə çay gətirəcəklər... Efirə çıxdıq, tanındıq. Təzədən o bölməyə gedəndə rəis müavini adam ayırdı ki, bizə qulluq eləsin, bizə çay gətirdilər, hətta yeməyimizə kimi verdilər. Otaqlarını da bizə verdilər. Tanıdılar, bildilər ki, bunlar işlə məşğuldur. Tanınmaq çox ciddi məsələdir. Tanınan adamı tez qəbul edirlər.
Ümumiyyətlə isə mən o fikirdəyəm ki, serial çəkişilərini dövlətin pulu ilə aparmaq yaxşı deyil. Ayrıca, müstəqil büdcə olmalıdır. Hər şeyi pulunu verib özün eləməlisən.
– Sizcə, azərbaycanlı aktyorlar Hollivudda uğur qazana bilərlərmi?
– Yadıma gəlir, Kinostudiyada bir film vardı. Yarımçıq qaldı. Rusiyadan aktyorlar da gəlmişdi. Mən orda MTN mayoru rolunu oynayırdım. Şöbə müdiri idim. Bir cümlə vardı, rus dilində idi. Necə oldusa çəkiliş zamanı bu cümlə yadımdan çıxdı. Elə oldu ki, mən o sözün hərəkətini verdim. Sözü o məqamda daxili bir hərəkət əvəz elədi. Çəkilişdən sonra rus aktyoru mənə dedi ki, heç gözləməzdim. Çox xoşuna gəlmişdi. Dedilər ki, ümumiyyətlə, inanmazdıq ki, sizdə belə aktyorlar var.
Bundan başqa bizim bir aktyor – Tural Baxış Polşada filmə çəklib gəldi. Mövzu Birinci Dünya müharibəsi ilə bağlı idi. Orda bir azərbaycanlı rolunu oynayırdı. Bu da xeyli uğurlu oldu. Çox misallar çəkmək olar. Yəni bizim seçilən aktyorlar heç də dünya miqyasında qəbul olunan aktyorlardan geri qalmır. Sadəcə, ingilis dilini bilməməyimiz işləri korlayır.
– Tez-tez fikirlər səslənir ki, bizdə erotik səhnələrin çəkilişi də peşəkar deyil. Peşəkar olmadığına görə də cəmiyyət tərəfindən qəbul olunmur. Bu barədə danışaq...
– Belə səhnələr aktyor üçün maneə olmamalıdır. Aktyor sərbəst və rahat olmalıdır. Bu yaxınlarda "Nar bağı” filminə baxdım. Orda erotik səhnələr var idi və normal da çəkilmişdi. Demirəm tamamilə soyunmuşdular. Amma çox yaxşı oynadılar. İkisi də bizim aktyor və aktrisamız idi. İkincisi, əgər aktyor erotik səhnəyə çəkilmək istəmirsə, bu da onun şəxsi işidir. Etiraf etmək lazımdır ki, biz cəmiyyətin qınağından, çəkinən, qorxan adamlarıq.
– Maraqlıdır, siz də erotik rollardan çəkinirsiniz?
– Deməzdim ki, tamamilə çəkinirəm. Amma hərdən ehtiyat edirəm. Hətta erotik rollara çəkilmək istəmirəm... Amma hərdən də fikirləşirəm ki, xarici bir filmə dəvət etsələr, yaxşı da qonarar versələr, bəlkə də çəkilərəm...
Zəruri qeyd:
Xatırladaq ki, İlqar Cahangir Mili Şuranın icazəli mitinqində iştirak etdiyi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qəzəbinə gəlib.
Nazir Qarayev Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində iştirak etmiş əməkdar artistlər - İlqar Cahangir, Ayşad Məmmədova və aktyor Abbas Qəhrəmanovun hərəkətlərinə belə qiymət vermişdi:
"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi