Bakıda universitetdə olay: 17 nəfər liftdə qaldı (Yenilənib)

img

25-10-2017 [16:13]


Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb. 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimovUnikal.org-a deyib ki, liftdə 17 nəfər deyil, 4 nəfər qalıb: "Liftdə ümumi elektrik verlişinin dayandırılması səbəbindən baş verib. Hadisə baş verdiyi an FHN çağrılıb. FHN əməkdaşları 17 nəfəri deyil, 4 nəfəri liftdən çıxarıb. Yalan deyirlər".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA